“Qarabağ” – “Nyukasl” matçı norveçlilərə tapşırıldı
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı keçirəcəyi ilk matçının təyinatları açıqlanıb.
Msport.az xəbər verir ki, görüşə Norveç və Niderlanddan olan ədalət təmsilçiləri təyinat alıblar.
Qarşılaşmanı norveçli Espen Eskas idarə edəcək. Həmyerliləri Yan Erik Enqan və İsaak Elias Başevkin baş hakiminin köməkçiləri olacaqlar. Siqurd Krinqstad dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri niderlandlı Rob Dieperink və Dennis Hiqler olacaqlar.
Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.







