“Qarabağ” – “Nyukasl” matçına satılan bilet sayı açıqlandı
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – “Nyukasl” qarşılaşmasına bilet satışı davam edir.
Msport.az xəbər verir ki, Ağdam təmsilçisinin yaydığı son məlumata görə, artıq 27 min 500 ədəd bilet satılıb.
Klub qeyd edib ki, hazırda biletlər məhdud sayda qalıb. Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Biletlərin qiyməti isə 10, 15, 25, 35, 40, 50, 75, VIP sektorlar üçün 200, 250, 300 və 400, VVIP sektorlara 1000 AZN təşkil edir.
Qeyd edək ki, matç fevralın 18-də, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Qarşılaşmanın start fiti saat 21:45-də səslənəcək.







