Rafinya PSJ-yə qarşı oynaya biləcək
“Barselona”nın hücumçusu Rafinya Çempionlar Liqasının liqa mərhələsində PSJ ilə oyunda meydana çıxa biləcək.
Msport.az xəbər verir ki, bu barədə Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik məlumat verib.
Braziliyalı futbolçu millinin düşərgəsində zədələndiyindən “Xetafe” və “Qalatasaray”la matçları kənardan izləmişdi.
Qeyd edək ki, PSJ – “Barselona” oyunu sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.







