Rahil Məmmədov Polşa klubundan ayrılıb?
Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun şərəfini qoruduğu LKS klubu bu gün təlim-məşq toplanışına başlayıb.
Msport.az xəbər verir ki, 29 yaşlı müdafiəçi hazırlıq prosesinə start verən heyətdə yer almayıb.
Buna onun Polşa klubundakı taleyinin qeyri-müəyyən qalması səbəb olub. Məmmədovun Lodz təmsilçisində qalıb-qaımayacağı hələ dəqiqləşməyib. Rahilin karyerasını harada davam etdirəcəyi yaxın günlərdə müəyyənləşməlidir.
Qeyd edək ki, müdafiəçi 2024-cü ilin əvvəlində “Qarabağ”dan LKS klubuna keçib.