featured-image-75139

“VAR hakimi və Rauf Cabbarovun birlikdə 10 dəqiqəyə yaxın VAR-a baxması göstərirdi ki, epizod çətin idi. Əgər VAR qolu ləğv edirsə, kosmosdan da görünməlidir ki, burada cərimə zərbəsi var. Amma ələ dəyməni bu müddət ərzində müəyyən edə bilmirlərsə, deməli, qol qeydə alınmalı idi. Sadəcə, bizi narahat edən odur ki, hakim səhvləri çoxalmağa başlayıb. Bununla bağlı ciddi tədbir görülməlidir. Rauf Cabarov kimi təcrübəli hakim də buna yol verirsə, bu, futbolumuzun nüfuzuna xeyir gətirməyən hallardır”.

Msport.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı deyib.

Klub rəsmisi Azərbaycan Premyer Liqasının XX turunda “Sabah”la oyunda (0:1) baş verən qalmaqallı epizodla bağlı bildirib: “Bu il, xüsusilə bu turda qalmaqallı hakim qərarları çox oldu. Hakim səhvləri normaldır, bütün çempionatlarda olur, amma bizdə daha çox baş verir. Təəssüf ki, bu artıq ikinci haldır ki, bizim oyunlarımıza təsadüf edir. “İmişli’” səfərimizdə də əllə oyun epizodu olmuşdu. Hakimlər Komitəsi də təsdiqlədi ki, İnqilab Məmmədov səhvə yol verib və ikinci sarı vərəqə göstərərək oyunçunu meydandan qovmalı idi. Nəticədə hesabda 2:0 öndə olduğumuz halda həmin oyunçu bizə qol vurdu və 2 xal itirdik. Bu matçda da baş hakim və VAR 10 dəqiqəyə yaxın baxıb qərar verə bilmədilər. Epizod çox qarışıq idi”.

Səfiyarlı bu tip halların futbolçulara psoxoloji cəhətdən mənfi təsir göstərdiyini də əlavə edib: “Komandamızda çoxsaylı gənc futbolçular oynayır və belə haqsızlıqlarla üzləşəndə sonra onları oyuna kökləmək çətin olur. Ona görə biz tərəfdən ciddi narazılıq yaradır. İstəyirik ki, ədalətli qərarlar olsun və futbolçularımızın min bir zəhmətlə qazandığı xallar hakimin səhvindən itirilməsin”. (teleqraf.az)

Bənzər xəbərlər