featured-image-20761

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo ilə Corcina Rodriges dünyada ən məşhur cütlüklərdəndir. Onlar 2017-ci ildə argentinalı model “Gucci” butikində işləyərkən tanış olublar.

Corcina daim gündəmdə olsa, media ondan çox yazsa da, mərhum atası Xorxe Rodriqes barədə məlumatlar çox azdır. Amma əslində onun çox maraqlı tarixçəsi olub.

Xorxe kokain və marixuana alverinə görə, 10 il həbsxanada yatıb. Xorxe Rodriqes iki cinayət əməlinə görə İspaniya həbsxanasında məhbus həyatı yaşayıb. Corcinanın atası 2003-cü ildə İspaniyadan Fransaya 100 min funt sterlinq dəyəri olan qaçaqmal kokain aparılması əməliyyatı zamanı həbs edilib. Ona həmin vaxt 11 il iş veriblər. Argentinalı amnistiya ilə azadlığa buraxılsa da, 2008-ci ildə yenidən dəmir barmaqlıqlar arxasına düşüb. Bu dəfə o, cinayətkar dəstə ilə birgə Mərakeşdən İspaniyaya 1 milyon funt sterlinq qiyməti olan marixuana gətirməyi planlaşdırırmış.

Xorxe 2013-cü ildə azadlığa çıxıb. Lakin o altı ildən sonra 70 yaşında insultdan vəfat edib.

Ronaldonun Xorxe ilə tanış olub-olmaması haqqında məlumat yoxdur. Çünki Corcinya atası ilə bağlı heç bir açıqlama vermir, bu məsələ barədə susmağı tərcih edir.

AYXAN 

Bənzər xəbərlər