Ronaldunun cəzası məlum oldu - RƏSMİ
Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunu cəzalandırıb.
Msport.az xəbər verir ki, ulduz futbolçu millinin düşərgəsini özbaşına tərk etdiyi üçün 30 günlük diskvalifikasiya olunub.
Bundan başqa, “Əl Əhli”nin futbolçusu 255 avro cərimə də ödəyəcək.
Ronaldu UEFA Millələr Liqasının 3-cü turunda Danimarka ilə matçdan əvvəl Portuqaliya yığmasının düşərgəsini tərk etmişdi. O, baş məşqçi Jorje Jezuşla problem yaşamışdı.







