featured-image-20486

“Sabah”ın maraq dairəsində olan Xese Rodriges Türkiyənin “Ankaragücü” komandasından ayrılıb.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı ispaniyalı hücumçu ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

İspaniya “Real Madrid”i və Fransa PSJ-sinin keçmiş forvardının komanda yoldaşları ilə vidalaşdığı bildirilib.

Qeyd edək ki, “kral klubu”nun yetirməsi olan Xese Rodriges ölkəsində “Las Palmas” və “Betis”, İngiltərədə “Stok Siti” və Portuqaliyada “Sportinq” kimi komandaların formasını geyinib. O, 2022-ci ildən oynadığı “Ankaragücü”ndə bu mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 16 matçda meydana çıxıb, 5 qol vurub.

Bənzər xəbərlər