“Sabah”la oyunöncəsi itki - “Borussiya”da
UEFA Çempionlar Liqasında əsas mərhələnin 3-cü turunda “Sabah”la qarşılaşacaq Dortmund “Borussiya”sı Bakıya itki ilə gələcək.
Msport.az xəbər verir ki, səfər öncəsi Almaniya klubu bir futbolçusunun xidmətindən məhrum qalıb.
Belə ki, yarımmüdafiəçi Konstantinos Karetsas Bundesliqanın 6-cı turunda “Union”la səfər görüşündə (0:0) sıradan çıxıb. Zədədən yeni qayıdan 18 yaşlı yunanıstanlı oyunçu 62-ci dəqiqədə meydana daxil olsa da, cəmi 7 dəqiqə sonra topuğundan xəsarət alaraq əvəzlənib.
Baş məşqçi Niko Kovaç da gənc futbolçunun böyük ehtimalla “Sabah”la qarşılaşmada iştirak edə bilməyəcəyini açıqlayıb.
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya” oyunu saat 20:45-də başlayacaq.







