featured-image-74204

Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulacaq.

Msport.az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “Sumqayıt”la üz-üzə gəlib. Tovuz stadionunun qazonu hazır vəziyyətdə olmadığı üçün Sumqayıtda keçirilən görüşdə nominal meydan sahibi “Turan Tovuz” olub.

Tovuz təmsilçisi 2:1 hesabı ilə qələbə qazanaraq, 3-cü pilləyə yüksəlib.

Turun son oyununda  lider “Sabah” “Karvan-Yevlax”ı qəbul edib. Paytaxt klubu autsayderlə matçda böyük hesabla qalib gələrək, b”Qarabağ”la xal fərqini 4-ə yüksəldib.

25 yanvar (bazar) 

16:00. “Turan Tovuz” – “Sumqayıt”  – 2:1

Qol: Hayderson Hurtado, 13, (1:0), Hayderson Hurtado, 61-avtoqol (1:1), Rəhim Sadıxov, 69 (2:1)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Zöhrab Abbasov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18:30. “Sabah” – “Karvan-Yevlax” –  4:1 

Qol:  Aron Maluda, 9 (1:0), Aron Maluda, 22 (2:0), Umarali Raxmonaliyev, 32 (3:0), Olavale Doyeni, 83 (3:1), Velko Simiç, 84 (4:1)
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Tural Qurbanov
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
“Bank Respublika Arena”

 

23 yanvar (cümə)

“İmişli” – “Araz-Naxçıvan” – 2:2

“Neftçi” – “Zirə” – 0:0

24 yanvar (şənbə)

“Şamaxı” – “Qəbələ” – 0:4

“Qarabağ” – “Kəpəz” – 0:2

Bənzər xəbərlər