featured-image-28956

Çinli şahmatçı Dinq Liren 17-ci dünya çempionu adını qazanıb.

Msport.az xəbər verir ki, 31 yaşlı şahmatçı dünya şahmat tacı uğrunda tay-breyk görüşünün dördüncü oyununda rusiyalı Yan Nepomnyaşini məğlub edib.

Klassik vaxta nəzarətlə keçirilən 14 oyundan sonra hesab bərabərləşib – 7:7. Belə olduqda sürətli şahmat üzrə əlavə dörd oyunu təyin olunub. Üç ardıcıl heç-heçədən sonra sonuncu partiya çinlinin xeyrinə başa çatıb. Rusiyalı qrossmeyster 68-ci gedişdə məğlub olub.

Royal Türksoy

Bənzər xəbərlər