featured-image-70679

Gürcüstanın Batumu şəhərində şahmat üzrə komandalararası Avropa çempionatı davam edir. Msport.az xəbər verir ki, kişilərdən ibarət millimiz 9-cu həlledici turda Serbiyaya 1:2 hesabı ilə məğlub olub.

Komandamızın heyətində Eltac Səfərli öz görüşünü qələbə ilə başa vurub, Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı və Rauf Məmmədov rəqiblərinə uduzublar.

Beləliklə, millimiz Avropa çempionu olmaq şansını əldən verib. Komandamız 13xalla 2-ci yeri tutur. Son turda yığmamızı keçən Ukrayna qitə çempionatını 1-ci yerdə tamamlayıb.

Qadınlardan ibarət yığmamız son turda Polşaya məğlub olub – 1,5:2,5.

Qadınlardan ibarət komandamız 10 xalla 12-ci yeri tutub.

Bənzər xəbərlər