Son 9 ilin ən uzun məsafəli qolu - Premyer Liqada
“Brayton”un paraqvaylı yarımmüdafiəçisi Dieqo Qomes 2017-ci ildən bəri İngiltərə Premyer Liqasında ən uzun məsafədən qol vurub.
Msport.az xəbər verir ki, “Brayton” İngiltərə Premyer Liqasının VII turunda “Kristal Pelas”ı 5:0 hesabı ilə darmadağın edib.
Qomes matçın 7-ci dəqiqəsində meydanın orta xəttindən 51 metr məsafədən qol vurub.
2017-ci ilin noyabrında Ueyn Runi “Everton”un heyətində “Vest Hem”ə qarşı oyunda 58 metr məsafədən qol vurmuşdu.







