featured-image-20837

“Neftçi” fransalı sol cinah vingeri Keelan Lebonla anlaşıb. Msport.az xəbər verir ki, yaxın günlərdə 25 yaşlı futbolçu ilə rəsmi müqavilə imzalanacaq.

Karyerasına vətənində “Amyen” klubunda başlayan futbolçu Fransanın “Paris II”, “Şambli”, “Qazalek”, “Kretey” komandalarında çıxış edib.

O, 2019-cu ildə Niderlandda “Utrext”in ikinci komandasında forma geyinib. Lebon yalnız 2020-ci ildə Fransadan kənara çıxır və Bolqarıstanın “Beroe” klubu ilə müqavilə bağlayır. İki il “Beroe”də oynayan vinger ötən ilin avqustunda “Astana”ya keçib. Amma Qazaxıstan klubunda rəhbərliyin dəyişməsi və bir çox legionerlərin ayrılması onun da qərarına təsir edib.

Lebon “Beroe”də 46 oyuna 3, “Astana”da isə 13 matça 2 qol vurub.

AYXAN 

Bənzər xəbərlər