featured-image-20600

Dieqo Karioka və Masaki Murata ilə müqavilə bağlayan “Sumqayıt” daha bir transferini reallaşdırmaq üzrədir. “Gənclik şəhəri” təmsilçisi bu dəfə yerli oyunçu ilə anlaşmağa yaxındır.

Msport.az xəbər verir ki, Samir Abasovun komandası “Zirə”dən ayrılan Təmkin Xəlilzadə ilə danışıqları demək olar ki, yekunlaşdırıb. 29 yaşlı yarımmüdafiəçi ilə rəsmi müqavilə yaxın günlərdə imzala bilər.

Millimizin üzvünün “Şamaxı”ya keçə biləcəyi deyilsə də, o, bölgədə oynamaq istəməyib.

Xatırladaq ki, Təmkin karyerası ərzində “Qarabağ”, AZAL, “Qəbələ”, “Sabah” və “Zirə” klublarında çıxış edib.

Bənzər xəbərlər