“Trabzonspor” “Beşiktaş”dan üstün oldu
Türkiyə Superliqasında 8-ci tura yekun vurulub.
Msport.az xəbər verir ki, turun son matçında “Trabzonspor” “Beşiktaş”ı qəbul edib.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Muhammed Salah bu mövsüm Türkiyə çempionatında vurduğu qollarının sayını 7-yə çatdırıb.
“Trabzonspor” bu qələbədən sonra 16 xalla 4-cü yeri tutur. “Beşiktaş” 15 xalla 5-ci pillədədir. Turnir cədvəlinə 19 xala malik “Qalatasaray” başçılıq edir.
Türkiyə Superliqası
8-ci tur
“Trabzonspor” – “Beşiktaş” 2:0
Qollar: Ozan Tufan, 21, Muhammed Salah, 71.







