featured-image-20445

“Qəbələ”nin braziliyalı hücumçusu Rafael Utziq komandadan ayrılmaq istəyir. 26 yaşlı forvard əyalət təmsilçisinin Antalyadakı toplanışına qoşulmayıb.

Msport.az-ın əldə etdiyi məlumata görə, futbolçu COVİD-ə yoluxduğunu və buna görə gələ bilməyəcəyini deyib. Əslində isə o, xeyli vaxtdır ki, “Qəbələ”dən getmək istəyir və könülsüz oynayır. Braziliyalı legionerin müqaviləsi mövsümün sonunda başa çatır. q

Utziq bu mövsüm Azərbaycan Premyer Liqasında 14 oyunda meydana çıxıb və 1 qol vurub.

Xatırladaq kİ, Elmar Baxşıyevin komandası dünən Antalyadakı təlim-məşq toplanışında ilk oyununu keçirib. “Qəbələ” Rumıniyanın “Sepsi” klubu ilə 2:2 hesabı ilə bərabərə qalıb.

Bənzər xəbərlər