featured-image-20538

“Qəbələ”nin futbolçusu Rafael Utziq Bakıya gəlib. Msport.az saytına açıqlamasında klubun baş meneceri Nail Kərimov bu haqda məlumat verib. Onun sözlərinə görə, braziliyalı futbolçu Antalyadakı toplanışda iştirak etməyəcək. “Qırmızı-qaralar” 3 gündən sonra Azərbaycana dönəcəklərindən hücumçunun düşərgəyə qoşulması məqsədə uyğun sayılmayıb.

Vətənində olarkən COVİD-ə yoluxan 26 yaşlı forvard bir neçə gün ərzində özünə gəldikdən sonra komandanın Bakıdakı hazırlığında iştirak edəcək.

Qeyd edək ki, müqaviləsi iyunda başa çatacaq Utziqin “Qəbələ”dən ayrılacağı ilə bağlı söz-söhbət gəzirdi.

Bənzər xəbərlər