Xabi Alonso "Real"la müqavilə imzaladı - Fabritsio Romano
Mövsümün sonunda “Bayer”dən ayrılacaq Xabi Alonso “Real”la müqavilə imzalayıb.
Msport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.
Onun sözlərinə görə, anlaşmanın müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
İspaniyalı mütəxəssis iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək klublararası dünya çempionatında komandanın sükanı arxasında olacaq.
Qeyd edək ki, Alonso 2022-ci ildən “Bayer”ə rəhbərlik edir. Onun başçılığı altında Leverkuzen təmsilçisi ötən mövsüm Almaniya çempionu olub və ölkə kubokunu qazanıb.