featured-image-20493

“Neftçi”dən ayrılan nigeriyalı futbolçu Yusuf Laval Portuqaliyanın “Arouka” klubu ilə imzalayacağı müqavilənin müddəti bəlli olub.

Msport.az “A Bola” nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı hücumameylli yarımmüdafiəçi ilə sözləşmə 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Növbəti həftənin əvvəlində Portuqaliyaya yollanacaq vingerlə münasibətlər tibbi müayinədən sonra rəsmiləşəcək.

Nəşr Lavalın “Arouka”ya sərbəst oyunçu kimi keçəcəyini yazıb.

Qeyd edək ki, Yusuf Laval “Neftçi”yə 2020-ci ilin yayında Belçika “Lokeren”indən keçib.

Bənzər xəbərlər