featured-image-20526

“Səbail”n sabiq baş məşqçisi Aftandil Hacıyev iki təklif alıb.

Msport.az saytının əldə etdiyi məlumata görə, “Zirə” və “Qarabağ” 42 yaşlı mütəxəssislə əməkdaşlıq etmək istəyir.

“Qartallar” Hacıyevə analitik-məşqçi, “Qarabağ” isə akademiya direktoru vəzifəsini təklif edib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən mütəxəssis sözügedən klublardan rəsmi dəvət almadığını bildirib: “Hazırda heç bir klubla rəsmi danışıq aparmıram. Amma ordan-burdan bəzi xəbərlər eşidirəm ki, kimlərsə tərəfindən istək var. Rəsmi olmayan söhbətə fikir bildirmək çətindir. Tək “Zirə” və “Qarabağ” yox, digər klublarla da söhbətlərim olub, sadəcə, rəsmiyyətə gəlib çıxmamışıq. Yəni, mənə klub tərəfindən konkret təklif olmayıb”.

Qeyd edək ki, 2015 – 2018-ci illərdə “Qarabağ”ın əvəzedici komandasının baş məşqçisi olan Aftandil Hacıyev 2018 – 2022-ci illərdə “Səbail”ə rəhbərlik edib.

Bənzər xəbərlər