featured-image-63546

Azərbaycan Premyer Liqasının 29-cu turu “Sabah”ın futbolçusu Boyan Letiç üçün əlamətdar olub.

Msport.az xəbər verir ki, komandası “Kəpəz”ə məğlub olsa da (0:1), serbiyalı müdafiəçi üçün görüş yubileylə yadda qalıb.

Belə ki, 32 yaşlı oyunçu Azərbaycan çempionatında 100-cü matçına çıxıb. O, bu qarşılaşmaların hamısını bakılıların heyətində keçirib. Letiç bu oyunlarda 4 dəfə fərqlənib. Onun debütü 2021-22 mövsümünə təsadüf edib. Letiç 2022-ci il fevralın 27-də “Neftçi” ilə ev matçında (0:1) “Sabah”ın heyətində ilk oyununu keçirib.

Bənzər xəbərlər