Karrikdən sonranın planı…
“Mançester Yunayted” baş məşqçi Maykl Karriklə yollarını ayıracağı təqdirdə onun yerinə müvəqqəti çalışdırıcı təyin etməyəcək.
Msport.az xəbər verir ki, klub rəhbərliyi məşqçi dəyişikliyinin komandanın nəticələrinə müsbət təsir göstərməyəcəyindən ehtiyat edir.
Noyabrın 3-də Çempionlar Liqasında “Roma”ya qarşı 3:2 hesablı qələbə komandada müəyyən ruh yüksəkliyi yaratsa da, rəhbərlik bunun mövsümün gedişatını dəyişmək üçün kifayət etmədiyini düşünür. Klubda nəticələrin qeyri-sabitliyi və komandanın inkişaf istiqaməti ilə bağlı narahatlıq qalmaqdadır. Bu səbəbdən rəhbərlik müvəqqəti təyinat əvəzinə uzunmüddətli strategiyaya uyğun baş məşqçi seçməyi hədəfləyir. Bununla yanaşı, mümkün dəyişikliklər üçün alternativ namizədlər də nəzərdən keçirilir.
Qeyd olunur ki, noyabrın 8-də “Aston Villa” ilə keçiriləcək Premyer Liqa oyunu Karrikin gələcəyi baxımından həlledici ola bilər. “Mançester Yunayted” hazırda turnir cədvəlinin 17-ci pilləsindədir.







