“Qəbələ” buta naxışlı yeni formasını təqdim etdi - FOTO
“Qəbələ” klubu yeni formasını təqdim edib.
Msport.az “qırmızı-qaralar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, formanın indi təqdim olunmasının xüsusi anlamı var.
Belə ki, milli irsimizin, zəngin tariximizin simvolu olan buta naxışlı yeni forma məhz “Zəfər turu” çərçivəsində təqdim edilib. Komanda Azərbaycan Premyer Liqasının 11-ci turunda noyabrın 7-də “Zirə” ilə keçiriləcək matçdan başlayaraq, mövsümün sonunadək bu xüsusi rəmzlə meydana çıxacaq.
Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Qəbələ” görüşü saat 18:30-da başlayacaq.








