12 ildən sonra ilk
Azərbaycan Premyer Liqasının XXI turunda “Sabah”ı qəbul edən “Kəpəz” 3:2 hesablı qələbə qazanıb.
Msport.az xəbər verir ki, Gəncə təmsilçisi bununla ardıcıl ikinci ev oyununda 3 və ya daha çox qol vurub.
Bölgə təmsilçisi daha əvvəl XIX turda “Turan Tovuz”u 5:2 hesabı ilə üstələmişdi. Bununla “Kəpəz” 12 ildən sonra ilk dəfə ardıcıl iki ev matçında rəqib qapılarına 3 və ya daha çox top keçirib. Qərblilər axırıncı dəfə 2011/12 mövsümündə “Qəbələ”ni 3:2, “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, “Kəpəz”in bu baxımdan rekordu 7 oyundur. Komanda 1997/98 mövsümündə ardıcıl 3 və ya daha çox qola imza atıb.