featured-image-64687

Azərbaycan çempionatları tarixində 15 yaşında debüt edən futbolçuların adları açıqlanıb.

Msport.az xəbər verir ki, son 15 ili əhatə edən siyahıda 6 oyunçu yer alır.

Son olaraq “Qarabağ”ın müdafiəçisi Amin Rzayev də bu cədvələ qoşulub. 15 yaş 204 günlüyündə debüt edən Rzayev son 12 mövsümün rekordçusudur. O, son 15 ilin ən gənc üçüncü debütantı kimi tarixə düşüb.

 

Son 15 ilin 15 yaşlı debütantları:

  1. Budaq Nəsirov – 15 yaş 128 gün (“Turan”, 2011/12)
  2. Anar Həsənov – 15 yaş 202 gün (“Rəvan”, 2012/13)
  3. Amin Rzayev – 15 yaş 204 gün (“Qarabağ”, 2024/25)
  4. Orxan Əliyev – 15 yaş 231 gün (“Sumqayıt”, 2011/12)
  5. Elnur Cəfərov – 15 yaş 320 gün (“Xəzər Lənkəran”, 2012/13)
  6. Səbuhi Abdullazadə – 15 yaş 349 gün (“Sumqayıt”, 2017/18)

Bənzər xəbərlər