featured-image-51689

“16 illik gözlənilən Olimpiya qızılını Azərbaycana gətirmək istəyirəm”.

Msport.az xəbər verir ki, bunu Azərbaycan cüdoçusu Hidayət Heydərov deyib.

73 kq çəkidə mübarizə aparan idmançımız Avropa Cüdo İttifaqının (EJU) təqdim etdiyi videoda Paris-2024 Yay Olimpiya Oyunları ilə bağlı fikirlərini bildirib. Hidayət qeyd edib ki, Olimpiadada ölkəmiz üçün sonuncu çempionluğu 2008-ci ildə Pekində Elnur Məmmədli qazanıb: “Mən istərdim ki, Parisdə keçiriləcək Olimpiadada qalib gəlim. Sonra daha bir Yay Oyunlarına qatılım və yenə fəxri kürsüyə qalxım”.

O, Elnur Məmmədlinin rəhbərliyi altında hazırlaşmasının vacibliyindən də danışıb: “Bu, mənə çox şey verir. Zala daxil olanda dəstək hiss edirsən. Yarışlar zamanı isə podiumdan Məmmədlinin şərhlərinə qulaq asıram. Bu, yaxşı motivasiya verir və çox kömək edir”.

Qeyd edək ki, Heydərov Olimpiadaya bu gün başlayacaq. Onun start rəqibi Tohar Bitbul (İsrail) olacaq.

Bənzər xəbərlər