featured-image-85094

Milli komandaların oyunları ilə bağlı Azərbaycan Premyer Liqasında yaranan 12 günlük fasilə başa çatır.

Msport.az xəbər verir ki, bu gün 2-ci dövrəyə start veriləcək.

 

“İmişli”  Yevlaxda “Zirə”ni qəbul edəcək.  “Sumqayıt” isə öz meydanında “Sabah”la qarşılaşacaq. Çempionatda ardıcıl 3 oyundur qələbə qazana bilməyən paytaxt klubu səfərdən mütləq qələbə ilə dönməlidir.. Əks halda “bayquşlar” liderdən bir qədər də uzaq düşəcək.

20 noyabr (cümə)

14:30.“İmişli” – “Zirə”
Hakimlər
: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nazim Abdullayev
VAR: Kamranbəy Rəhimov
AVAR: Kərim Zeynalov
Yevlax şəhər stadionu

19:00.“Sumqayıt” – “Sabah”
Hakimlər
: Elvin Bayramov, Asiman Əzizli, Zöhrab Abbasov, Vüqar Həsənli
VAR: Rəşad Əhmədov
AVAR: Rahil Ramazanov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

21 noyabr (şənbə)

“Şamaxı” – “Turan Tovuz”

“Şəfa” – “Qəbələ”

22 noyabr (bazar)

“Araz-Naxçıvan” – “Neftçi”

“Kəpəz” – “Qarabağ”

Bənzər xəbərlər