Xabi Alonsonun istədiyi “Arsenal”lı
“Arsenal”ın yarımmüdafiəçisi Martin Subimendi az oyun praktikası qazandığı üçün London klubundan ayrılmağı düşünür.
Msport.az xəbər verir ki, 27 yaşlı futbolçunun xidmətində “Atletiko” və “Çelsi” maraqlıdır.
İkincilərin baş məşqçisi Xabi Alonso isə Subimendinin transferində şəxsən maraqlıdır və keçidin reallaşmasında israr edir. “Topçular” artıq ispaniyalı yarımmüdafiəçinin satış qiymətini müəyyənləşdirib. London klubu onun transferi üçün 70 milyon avro tələb edir.
Subimendi bu mövsüm bütün turnirlərdə 12 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə verib. Onun “Arsenal”la müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədərdir.
“Arsenal” UEFA Çempionlar Liqasının liqa mərhələsinin son turunda, yanvarın 27-də Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.







