featured-image-64219

Azərbaycan Kubokunun yarımfinalında “Neftçi”ni ümumi hesabla 3:2 (2:1, 1:1) məğlub edən “Sabah” finala yüksəlib.

Msport.az xəbər verir ki, qəsəbə təmsilçisi bununla tarixində ilk dəfə kubokda həlledici matçda iştirak hüququ əldə edib.

Vasili Berezutskinin baş məşqçisi olduğu komanda 33 illik kubok tarixində 19-cu finalçı olub. Daha əvvəl “Qarabağ” 12, “Neftçi” 11, “Şamaxı” 6, “Xəzər Lənkəran” və “Qəbələ” 5, “Kəpəz” 4, “Bakı” 3, “Kür-Nur”, “Şəmkir”, “Sumqayıt” və “Zirə” 2 dəfə yarımfinal səddini uğurla keçiblər. “İnşaatçı”, “Şəfa”, “Xəzri”, “MKT-Araz”, “İnşaatçı”, “Xəzər” və “Karvan” isə 1 dəfə final üzü görüblər.

Qeyd edək ki, 2001-02 və 2019-20 mövsümləri yarımçıq qalıb.

Bənzər xəbərlər