featured-image-65538

“Turan Tovuz” Azərbaycan Premyer Liqasında ən böyükhesablı qələbə rekordunu təkrarlayıb.

Msport.az xəbər verir ki, Tovuz təmsilçisi 36-cı turda “Kəpəz”i 4 cavabsız qolla məğlub edib.

Bu, klubun tarixində Premyer Liqada 4 top fərqli 3-cü qələbədir. 2022-23 mövsümündə “Neftçi”ni, 2023-24 mövsümündə “Kəpəz”i 4:0 hesabı ilə məğlub edən “Turan Tovuz” bu göstəricini təkrarlayıb.

Qərb derbisindəki qələbə həm də iki yubileylə əlamətdar olub. Tovuz təmsilçisi Premyer Liqada evdə 20-ci qələbə və 75-ci qola sevinib. Əlamətdar qola Ayxan Hüseynov imza atıb.

Qeyd edək ki, “Turan Tovuz” 2022-ci ilin yayından Premyer Liqada çıxış edir.

Bənzər xəbərlər