3 komandaya texniki məğlubiyyət
AFFA İntizam Komitəsi 3 komandaya texniki məğlubiyyət verib.
Msport.az xəbər verir ki, bununla bağlı bugünkü iclasda qərar qəbul olunub.
AFFA Region Liqasında “Qobustan”la oyunda protokolda adı qeyd edilməyən futbolçu oynadan “Ərkivan” 0:3 hesablı məğlubiyyətə məruz qalıb.
AFFA U-11 Liqasının “Santos Baku” – “Antiguoko İnternational” görüşündə heyətində meydana lisenziyası olmayan futbolçu çıxıb. Bu səbəbdən “Antiguoko İnternational” da eyni cəza ilə üzləşib.
U-17 Qızlar Liqasında isə “Zaqatala” 0:3 hesablı texniki məğlubiyyət alıb. Buna səbəb “Şəfa” ilə qarşılaşmada komandanın heyətində yetərsay olmaması olub.