featured-image-63920

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Msport.az xəbər verir ki, “Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması meydan sahiblərinin 800 manat cərimələnməsinə səbəb olub.

“Sumqayıt” – “Şamaxı” görüşündə qonaqların fotoqrafı zonalar üzrə qaydanı pozub. Bu üzdən ev sahibi 500 manat cərimələnib.

“Araz-Naxçıvan”la qarşılaşmada “Kəpəz”in azarkeşlər hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr işlədib. Bu, mövsümdə ikinci dəfə təkrarlandığından, gəncəlilər 500 manat cərimə ilə üzləşib.

“Zirə” ilə ev görüşündə 4 üzvü sarı vərəqə aldığı üçün “Neftçi” 700 manat ziyana düşüb. Matçda azarkeşləri tərəfindən rəqib futbolçuya irqi mənsubiyyətinə görə təhqiramiz səslər çıxarıldığından, “Neftçi” daha 2000 manat cəriməyə məruz qalıb.

Bənzər xəbərlər