featured-image-61663

“Zirə” Azərbaycan çempionatlarında 50-ci səfər qələbəsini qazanıb.

Msport.az xəbər verir ki, yubiley qalibiyyəti Premyer Liqanın XXIII turunda “Sumqayıt”la görüşə təsadüf edib.

Qəsəbə təmsilçisi Mehdi Hüseynzadə adına şəhər stadionunda rəqibini 3 cavabsız qolla üstələyib. 2015-ci ildə Premyer Liqada debüt edən “Zirə” 50 səfər qalibiyyətinə çatmaq üçün rəqib meydanlarında 145 qarşılaşmaya çıxıb.

Rəşad Sadıqovun yetirmələri ölkə çempionatlarında səfərdə 50 və daha çox qələbə qazanan 10-cu komanda olub. Hazırda “Zirə” “Şəmkir”lə eyni göstəriciyə malikdir.

Bənzər xəbərlər