featured-image-68112

Xorvatiya çempionatında 2025-26 mövsümünün ilk turunun oyunları keçirilib.

Msport.az xəbər verir ki, turun son oyununda həmyerlimiz Rüfət Abdullazadənin formasını geydiyi “Varazdin” öz meydanında “Qoritsa”nı qəbul edib.

24 yaşlı yarımmüdafiəçinin adı matçın iştirak ərizəsinə daxil edilsə də, onun debütu baş tutmayıb. Rüfət matçı əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izləyib. Görüş 1:1 hesabı ilə yekunlaşıb.

Sabiq “Səbail”linin komandası ikinci turda səfərdə “Slaven Belupo”nun qonağı olacaq. Avqustun 10-da keçiriləcək həmin görüş Bakı vaxtı ilə 20:45-də start götürəcək.

Qeyd edək ki, Rüfət Abdullazadə bu günlərdə “Varazdin”lə 3 illik müqavilə imzalayıb.

Bənzər xəbərlər