Abubakar Azərbaycana köçməyə razıdır - KIV
“Beşiktaş”ın sabiq hücumçusu Vensan Abubakar “Qarabağ”la danışıqlar aparır.
Msport.az xəbər verir ki, bu barədə Kamerun mətbuatı məlumat yayıb.
Bildirilib ki, 33 yaşlı futbolçunun nümayəndələri hazırda Azərbaycan çempionu ilə danışıqları davam etdirir. Çempionlar Liqasında oynamağı arzulayan Kamerun millisinin üzvü məhz bu səbəbdən ölkəmizə köçməyə hazırdır.
Abubakar son klubu “Hatayspor”dan ayrıldığından, hazırda azad agent statusu daşıyır və razılıq əldə olunsa, Ağdam klubuna havayı başa gələcək.
Qeyd edək ki, Vensan Abubakar karyerası ərzində daha əvvəl “Porto”, “Beşiktaş”, “Əl Nəsr” kimi klublarda çıxış edib.