Abubakar yenidən Türkiyə yolunda
“Neftçi”nin hücumçusu Vensan Abubakar mövsümün sonunda paytaxt klubunu tərk edə bilər.
Msport.az xəbər verir ki, bu barədə “Africafoot” saytı məlumat yayıb. Əvvəllər “Beşiktaş” və “Hatayspor”da çıxış etmiş 34 yaşlı futbolçu ilə Türkiyə 1-ci Liqasına vəsiqə qazanan “Bursaspor” maraqlanır.
“Neftçi” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq kamerunlu forvard Türkiyə təmsilçisinə azad agent kimi keçə bilər.
“Ağ-qaralar”ın Abubakarın müqaviləsindəki 1 illik uzatma bəndindən istifadə etməsi və ona yeni təklif göndərməsi gözlənilmir.
Qeyd edək ki, Vensan Abubakar bu mövsüm “Neftçi”nin heyətində 18 oyunda meydana çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə edib. Təcrübəli hücumçu Yuri Vernidub “Neftçi”yə gəldikdən sonra daha az şans almağa başlayıb. O, son 5 matçda meydana çıxmayıb.







