"Turan Tovuz" azlıqda qalan "Neftçi"ni məğlub edə bilmədi, "Kəpəz"dən daha bir qələbə
Azərbaycan Premyer Liqasında 9-cu tur davam edir.
Msport. az xəbər verir ki, ikinci oyun günündə iki görüş keçirilib.
Premyer Liqanın debütantı “Şəfa” “Kəpəz”lə matçda hesabı açsa da üstünlüyünü qoruya bilməyib. Gəncə klubu əzmkar qələbə qazanıb -2:1.
Digər qarşılaşmada “Neftçi” öz meydanında “Turan Tovuz”u qəbul edib. “Ağ-qaralar” 30-cu dəqiqədə meydanda azlıqda qalıb, İqor Ribeyro qırmızı vərəqə ilə cəzalandırılıb. Kurban Berdıyevin komandası 60 dəqiqə azlıqda oynayan rəqibini məğlub edə bilməyib – 1:1.
Azərbaycan Premyer Liqası
IX tur
24 oktyabr (şənbə)
19:00. “Neftçi” – “Turan Tovuz” – 1:1
Qol: Breno Almeyda, 44 (1:0), Aleksa Yankoviç, 73 (1:1)
Qırmızı vərəqə: İqor Ribeyro, 30 (“Neftçi”)
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Rahil Ramazanov, Elvin Bayramov, Rəvan Həmzəzadə (VAR), Şirmamed Mamedov (AVAR)
“Palms Sports Arena”
16:30. “Şəfa” – “Kəpəz” – 1:2
Qol: Maudo Jarjue, 65 (1:0), Şakir Seyidov, 74 (1:1), Benito, 80 (1:2)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev, Vüqar Həsənli (VAR), Namiq Hüseynov (AVAR)
“SOCAR Polymer Arena”
25 oktyabr (bazar)
15:00. “İmişli” – “Şamaxı”
18:00. “Sabah” – “Qarabağ”
23 oktyabr (cümə)
“Araz-Naxçıvan” – “Qəbələ” – 1:2
“Zirə” – “Sumqayıt” – 3:2







