featured-image-61767

AFFA İntizam Komitəsi U-10 və U-12 Liqasında mübarizə aparan Bərdənin “Pambıqçı” komandalarını yarışlardan kənarlaşdırıb.

Msport.az xəbər verir ki, buna səbəb hər iki kollektivin cari mövsüm üçüncü dəfə çempionat matçında təyin olunan vaxtda meydanda olmamasıdı.

Onlar müvafiq olaraq Tərtərin “Ramal” və Zərdabın “Məhsul” komandası ilə qarşılaşmada iştirak etməyiblər. Nəticədə hər ikisinə 0:3 hesablı texniki məğlubiyyət verilib və Bərdə komandaları çempionatdan uzaqlaşdırılıb.

Bənzər xəbərlər