featured-image-62180

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Msport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXIV turundakı oyunlarda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

3 komanda vərəqə limitini aşdığı üçün cərimələnib. Belə ki, “Neftçi” ilə matçda “Sumqayıt”dan, “Turan Tovuz”la görüşdə “Şamaxı”dan 4 nəfər, “Səbail”lə qarşılaşmada isə “Araz-Naxçıvan”dan 5 nəfər sarı vərəqə alıb. Bu səbəbdən “Sumqayıt”, “Şamaxı” və “Araz-Naxçıvan” 700 manat cərimə olunub.

“Qarabağ” – “Sabah” oyununda isə Əsasnamənin tələbləri pozulub ki, bu, ağdamlıları 500 manat ziyana salıb.

Bənzər xəbərlər