AFFA 4 klubu cərimələdi
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 32-ci turunun oyunlarında qeydə alınan neqativ hallara hüquqi qiymət verib.
Msport.az xəbər verir ki, “Zirə” ilə görüşdə azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığı üçün “Kəpəz” 1000 manat cərimələnib.
“Səbail”in 4 futbolçusu “Araz-Naxçıvan”la matçda sarı vərəqə alıb. Bu qəsəbə təmsilçisini 700 manat xərcə salıb.
İntizam Komitəsi “Sabah” – “Qarabağ” qarşılaşmasına görə hər iki klubu cərimələyib. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğundan, bakılılar 800 manat cərimə olunub. Görüşdən sonra azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyi üçün isə ağdamlılar 1500 manat cərimə ödəyəcək.