featured-image-63306

AFFA İntizam Komitəsi “Araz-Naxçıvan” klubunu 800 manat cərimələyib.

Msport.az xəbər verir ki, buna Misli Premyer Liqasının XXVIII turunda “Neftçi” ilə oyunun gec başlaması səbəb olub.

Qarşılaşmanın startının Naxçıvan təmsilçisinin futbolçusunun formasında qüsur olmasına görə gecikdiyi vurğulanıb. 4 oyunçusu sarı vərəqə aldığından “Neftçi”yə 700 manat cərimə tətbiq edilib.

“Qarabağ”la oyunda 4 futbolçusu sarı vərəqə alan “Turan Tovuz” da eyni məbləği ödəyəcək. Azarkeşlərin pirotexniki vasitədən istifadəsinə görə Ağdam klubu 1500 manat ziyana düşüb.

“Kəpəz” – “Səbail” görüşündə isə fanatlar 6 oturacağı sındırıblar. Dəymiş ziyan “Kəpəz” tərəfindən ödəniləcək.

Bənzər xəbərlər