featured-image-75599

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 22-ci turunda keçirilmiş oyunlarda qeydə alınan mübahisəli epizodları şərh edib.

Msport.az xəbər verir ki, o, “Kəpəz” – “Sumqayıt” (3:0) matçında qonaqların qapısına penalti verilməsinin doğru olmadığını bildirib. Həmin görüşdə referi Rəşad Əhmədov, VAR hakimi isə Rəvan Həmzəzadə olub.

“Qarabağ” – “Sabah” oyununun (3:3) 90+1-ci dəqiqəsində Coy Lens Mikelsə Mateus Silvanın mübarizəsi zamanı baş hakim Tural Qurbanov qonaqların hücumçusuna qırmızı vərəqə göstərsə də, monitora baxdıqdan sonra bunu sarı vərəqə ilə əvəzləmişdi. R.Həsənov hesab edir ki, həmin epizodda Mikelsə qırmızı, Mateus Silvaya isə ikinci sarı vərəqə göstərilməli idi. Qeyd edək ki, həmin matçda VAR-da FİFA hakimi Elçin Məsiyev idi.

Ən çox maraq doğuran “Şamaxı” – “Neftçi” oyunundakı (2:2) penalti qərarına gəlincə isə, AFFA rəsmisi qonaqların qapısına penaltinin qaydalar çərçivəsində vurulduğunu iddia edib.

Bənzər xəbərlər