AFFA-da “Barselona” rəsmiləri ilə görüş keçirildi
“Barselona”nın nümayəndələri ölkəmizdə səfərdədirlər.
Msport.az xəbər verir ki, konkret olaraq İspaniya klubunun Avropa, Orta Şərq və Afrika (EMEA) üzrə akademiyalarının rəhbəri Mark Sabate Ferre, həmçinin klubun Avropa və Afrika üzrə akademiyalarının texniki koordinatoru Bernat Vilya Ay Qorris Azərbaycana gəliblər.
Onlar səfər zamanı AFFA-da olub, qurumun baş katibi Cahangir Fərəcullayevlə görüşüblər. Söhbət zamanı “Barselona”nın ölkəmizdə açılması nəzərdə tutulan akademiyası ilə bağlı fikir mübadiləsi aparılıb.
Klub rəsmiləri sonda AFFA-nın baş katibinə xatirə hədiyyəsi təqdim ediblər.