featured-image-64133

Bu gün AFFA-da görüş keçirilib.

Msport.az xəbər verir ki, qurumun baş katibi Cahangir Fərəcullayev Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyeronu qəbul edib.

AFFA-nın inzibati binasında təşkil olunan görüş zamanı futbol sahəsində ikitərəfli münasibətlərin inkişaf imkanları müzakirə olunub.

Səfir ABŞ, Kanada və Meksikada baş tutacaq DÇ-2026 barədə ümumi məlumat verib. O, həmçinin dünya çempionatında azərbaycanlı azarkeşləri Meksikada görmək arzusunda olduqlarını dilə gətirib.

Bənzər xəbərlər