AFFA-da seminar keçirilir
AFFA-nın təşkilatçılığı ilə məşqçi kurslarının təlimatçiları üçün seminar keçirilir.
Msport.az xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil edilən tədbirə təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edirlər.
Kursun ilk günündə iştirak edən AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə iştirakçılara uğurlar arzulayıb.
Kursa iyulun 4-də yekun vurulacaq.