AFFA “Karvan-Yevlax”ı cərimələdi – formaya görə
AFFA İntizam Komitəsi Premyer Liqanın II turu ilə bağlı qərarlarını açıqlayıb.
Msport.az xəbər verir ki, “Karvan-Yevlax” 1500 manat cərimələnib.
Buna səbəb “Kəpəz”lə görüşdə futbolçu Olavale Doyeninin formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edilməsidir.
Premyer Liqaya yeni gələn klub olduğuna görə kluba ilk turda güzəşt olunmuşdu. Analoji hal təkrarlandığından, “Karvan-Yevlax” cərimələnib.
“Turan Tovuz”la qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Araz-Naxçıvan” isə 700 manat cərimə olunub.