featured-image-59727

AFFA-nın inkişaf strategiyasının əsas hədəfləri açıqlanıb.

Msport.az xəbər verir ki, bu, milli assosiasiyanın açıqladığı layihədə öz əksini tapıb.

1. Kişilərdən ibarət A milli komandanın FIFA reytinqində ən yaxşı 75, qadınlardan ibarət A milli komandanın isə ən yaxşı 50 komanda sırasına yüksəldilməsi bu strategiyanın uzunmüddətli hədəflərindəndir

2. UEFA-nın klub reytinqində (kişilər) ilk 20-yə, qadın komandaları üçün isə ilk 40-yə daxil olmaq da uzunmüddətli hədəf olaraq nəzərdə tutulub

3. Avropanın aparıcı klublarının diqqətini cəlb edə biləcək istedadlı azərbaycanlı futbolçular və məşqçi heyətini yetişdirmək üçün Azərbaycan Respublikasının yeni, innovativ Futbolun İnkişafı Mərkəzinin yaradılması

4. Kişilərdən və qadınlardan ibarət aşağı yaş qrupu üzrə milli komandaların Avropa çempionatlarının final mərhələlərinə mütəmadi vəsiqə qazanması üçün rəqabətqabiliyyətliliyini təmin etmək

5. Azərbaycanın peşəkar klublarının ümumi bazar dəyərini ikiqat artırmaq.

Bənzər xəbərlər