AFFA-nın liqaları təxirə salındı
AFFA bayrağı altında keçirilən liqaların həftəsonuna planlaşdırılan oyunları təxirə salınıb. Msport.az xəbər verir ki, bununla bağlı federasiyanın mətbuat xidməti məlumat yayıb.
U-15, AFFA U-16, AFFA U-17 və Gənclər Liqasının həftəsonu keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Qeyd edək ki, bundan öncə daha aşağı yaş kateroriyaları üzrə liqaların da oyunları eyni səbəbdən təxirə salınmışdı.