featured-image-69350

AFFA-nın bu yaxınlarda “Puma” şirkəti ilə müqavilə bağladığına dair xəbərlər KİV-də yayımlandı. Federasiyanın rəsmi səhifəsində də bir neçə futbolçunun iştirakı ilə yeni formaların təqdimatına dair videoçarx paylaşılmışdı.

DÇ-2026-nın seçmə mərhələsinin İslandiya ilə ilk oyununda da A milli meydana “Puma”-nın geyim dəstlərində çıxdı.

Amma maraqldıır ki, AFFA-nın “Puma” ilə rəsmi müqaviləsi olsa da, digər yaş qrupları üzrə millilərimiz  “Nike”ın formalarını geyiniblər. Bu gün “Dalğa Arena”da Bolqarıstanlı həmyaşıdları ilə qarşılaşan U-21 “Nike”-la meydana çıxıb. Hətta maraqlıdır ki, formaların üzərində “Bakcell” şirkətinin də adı qeyd olunub. Halbuki AFFA ilə “Bakcell” arasında müqavilə bir neçə ildir ki, başa çatıb.

Sloveniyada beynəlxalq turnirdə iştirak edən U-19 da köhnə formalardan – “Nike”dan bəhrələnib. Belə görünür ki, “Puma” formaları azsayda gəlib və yalnız əsas milliyə verilib.

Bənzər xəbərlər